Hazırda məsafədən işi tənzimləyən xüsusi tələblər nəzərdə tutulmayıb, lakin bu mövzu COVID-19 pandemiyası dövründə olduğu kimi yenidən aktuallaşa bilər.
"Report" xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Baş idarə rəisinin müavini Tural Məmmədov "Azərbaycanda kibertəhlükəsizlik sahəsində qanunvericilik" adlı tədbirdə bildirib.
"Düşünürəm ki, bizdə də müvafiq reqlamentlər hazırlanacaq, məsələn, korporativ sistemlərə qoşulma qaydaları ilə bağlı: təşkilatın VPN-indən istifadənin məcburi olub-olmayacağı və digər tələblər.
Belə hallarda cihaz, yəqin ki, təşkilatın özü tərəfindən təmin edilməlidir ki, ona zəruri müdafiə vasitələrini quraşdırmaq mümkün olsun. Bu, təhlükəsizliyin lazımi səviyyəsini təmin etməyə, həmçinin mümkün məlumat sızmalarına və digər insidentlərə nəzarət etməyə imkan verəcək", - T.Məmmədov vurğulayıb.