IMG-LOGO

Fridrix Merts ilk dəfə Çinə rəsmi səfərə yollanıb

25 Feb 2026 11:47 3 baxış
IMG

Almaniya Kansleri Fridrix Merts Pekinə rəsmi səfərə gedib.

"Report" xəbər verir ki, bu barədə "Xinhua" agentliyinin məlumatında deyilir.

Bu, Mertsin vəzifəyə başladığı vaxtdan bəri Çinə ilk səfəridir. Səfər fevralın 26-na qədər davam edəcək.

Bildirilir ki, səfər zamanı o, Çin Sədri Si Cinpin və Baş nazir Li Tsyanla danışıqlar aparacaq. Görüşlər zamanı ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılacaq.

Xəbər lenti