IMG-LOGO

Nazirlik rəsmisi: "Son 5 ildə internetin median yükləmə sürəti 9 dəfə artıb"

25 Feb 2026 10:34 4 baxış
IMG

Son 5 ildə Azərbaycanda internetin median yükləmə sürəti təxminən 9 dəfə artıb.

"Report" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov bildirib.

"Əgər 2020-ci ilin yekununda median yükləmə sürəti təxminən 10 meqabit saniyə olubsa, 2025-ci ilin yekununda bu göstərici 90 meqabit saniyəyə yaxınlaşıb", - deyə o qeyd edib.

Nazirlik rəsmisinin sözlərinə görə, hazırda ölkədə fiberoptik internet xidməti hesabına genişzolaqlı qoşulmaların 90 %-dən çoxu təmin olunub, təxminən 3 milyon ev təsərrüfatı yüksək sürətli internetə çıxış əldə edib, əksər internet provayderləri 100 meqabit saniyəyə qədər yükləməni təmin edə bilirlər: "Hədəfimiz bütün ölkədə yüksək sürətli, genişzolaqlı internetə çıxış təmin etmək və o cümlədən regionlarda orta hesabla 50 meqabit saniyə sürəti təmin etməkdir".

Xəbər lenti