IMG-LOGO

Orxan Məmmədov: "Əməkdaşları yalnız əməkhaqqı ilə motivasiya etmək mümkün deyil"

25 Feb 2026 10:35 4 baxış
IMG

Azərbaycanda yeni nəsil əməkdaşların gözləntiləri dəyişib və onları yalnız əməkhaqqı ilə motivasiya etmək artıq mümkün deyil.

"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda keçirilən Beynəlxalq CEO sammitində (Global CEO Summit 2026) deyib.

Onun sözlərinə görə, müasir dövrdə gənc əməkdaşlar ilk növbədə məqsədli iş görmək, inkişaf etmək və öyrənmək imkanları əldə etmək istəyirlər: "Onlar gördükləri işin real təsirini hiss etmək, şirkətə verdikləri töhfənin dəyərli olduğunu bilmək istəyirlər. Yeni nəsil üçün şirkətlərin dəyərləri və missiyası da mühüm əhəmiyyət daşıyır. Əgər şirkətin məqsədləri və prinsipləri onların şəxsi baxışları ilə uyğun gəlmirsə, onlar alternativ imkanlara üz tuturlar".

O. Məmmədov vurğulayıb ki, bu dəyişikliklər liderlik yanaşmasında da yenilənməni zəruri edir: "Rəhbərlər əməkdaşlara yalnız maddi stimullar deyil, eyni zamanda inkişaf, etimad və aydın perspektiv təqdim etməlidirlər. Əməkdaşlar özlərini hörmətli və dəyərli hiss etdikdə daha yüksək nəticələr göstərirlər".

Xəbər lenti