Ötən il Azərbaycana xarici ölkələrdən 11,9 milyon ABŞ dolları dəyərində 9 milyon 170 min 355 ədəd çəkisi 185 qramdan artıq olmayan diri ev toyuğu (cücə) gətirilib.
"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 8 %, kəmiyyət olaraq – 45 % azdır.
Hesabat dövründə Azərbaycan Rusiyadan 6,9 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 15 % çox) 942 min 937 ədəd (-0,3 %), Türkiyədən 3,5 milyon ABŞ dolları dəyərində (-23 %) 6 milyon 730 min 450 dəd (-43 %), Gürcüstandan 658 min ABŞ dolları dəyərində (-67 %) 1 milyon 367 min ədəd (-64 %), İspaniyadan 441,2 min ABŞ dolları dəyərində (+3,7 dəfə) 77 min 160 ədəd (+4,5 dəfə), Amerika Birləşmiş Ştatlarından 266 min ABŞ dolları dəyərində (-1,1 %) 38 min 880 ədəd (-5 %) cücə alıb.
Azərbaycan 3 il 7 aylıq fasilənin ardından Fransadan (130 min ABŞ dolları dəyərində 13 min 928 ədəd) tədarükü bərpa edib.
2024-cü ildə Azərbaycana idxal edilmiş 16,55 milyon ədəd cücənin 71 %-i Türkiyənin payına düşüb.