IMG-LOGO

Rusiya Ukraynanın Zaporojye vilayətinə zərbələr endirib, ölən və yaralananlar var

25 Feb 2026 10:03 4 baxış
IMG

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Zaporojye vilayətinə növbəti hücumları nəticəsində dörd nəfər ölüb, daha iki nəfər yaralanıb.

"Report" Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fedorov teleqramda yazıb.

"Rusiya qoşunları Zaporojye vilayətinin 32 yaşayış məntəqəsinə 643 zərbə endirib", - o bildirib.

İ.Fedorovun sözlərinə görə, 12 aviazərbə qeydə alınıb.

Nəticədə yaşayış evlərinin, avtomobillərin və infrastruktur obyektlərinin zədələnməsinə dair 218 müraciət daxil olub.

Xəbər lenti