IMG-LOGO

Azərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib

25 Feb 2026 08:34 2 baxış
IMG

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Gülerə başsağlığı verib.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Başsağlığında deyilir: "Türkiyə Respublikasına məxsus F-16 qırıcı təyyarəsinin qəzaya uğraması nəticəsində bir hərbi qulluqçunun həlak olması haqqında xəbər məni dərindən kədərləndirdi.

Həlak olan hərbi qulluqçuya Allahdan rəhmət diləyir, yaxınlarının dərdlərinə şərik olur, ailəsinə dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin".

Xəbər lenti