Almaniya 2022-ci ilin fevralından Ukraynaya 55 milyard avro məbləğində hərbi yardım, 39 milyard avro məbləğində isə mülki dəstək göstərib.
"Report" xəbər verir ki, bunu Almaniya hökumətinin rəsmi nümayəndəsi Ştefan Kornelius bildirib.
"2022-ci il fevralın 24-dən Almaniya hökuməti mülki dəstək üçün təxminən 39 milyard avro, hərbi yardım üçün isə 55 milyard avro ayırıb. Beləliklə, Almaniya hazırda həm mülki, həm də hərbi sahədə ən böyük ikitərəfli donordur", - o qeyd edib.