“Səidə Sultan, zamanının ən açıq geyinən müğənnilərindən biri idiniz. İfalarınızı sevirəm, bəyənirəm, çox maraqlı janrda oxuyursunuz. Amma zamanında efirdə kifayət qədər açıq-saçıq danışan müğənnilərdən olmusunuz”.
Lent.az xəbər verir ki, bunu aparıcı Səidə Bəkirqızı sosial şəbəkə hesabında müğənni Səidə Sultan haqqında deyib.
“Fərqiniz nədən ibarətdir? Bu gün də açıq-saçıq geyinən, şortiklə efirə çıxan müğənnilər var. İç geyimi ilə çıxırsınız da efirdə, nəyin üsyanını edirsiniz?”
Qeyd edək ki, Səidə Sultan bir neçə gün əvvəl efirlərdəki vəziyyəti sərt tənqid edib.
Sizin brauzer video tagını dəstəkləmir. Səidə Bəkirqızı Səidə Sultan