IMG-LOGO

Bosniya və Herseqovinanın ən qədim kömür mədəni bağlanır

23 Feb 2026 16:09 2 baxış
IMG

Bosniya və Herseqovinanın ən qədim kömür mədəni olan "Zenitsa" bağlanır.

"Report"un Balkan bürosu xəbər verir ki, 144 illik fasiləsiz fəaliyyətdən sonra eyniadlı şəhərdə yerləşən mədənin rəsmi olaraq bağlanma prosesinə başlanıb.

Əmlakın bir hissəsi artıq satışa çıxarılsa da, ictimaiyyətdə bu kompleksin əsas hissəsinin qorunaraq mədənçilik və sənaye muzeyinə çevrilməsi ilə bağlı təşəbbüs irəli sürülüb.

Zenitsa şəhərinin meri Fuad Kasumoviç bildirib ki, şəhər rəhbərliyi obyektlərin bir hissəsini satın alaraq onları Zenitsanın daimi simvoluna çevirməyə hazırdır ki, gələcək nəsillər mədənçiliyin şəhərin formalaşmasında oynadığı rolu görə bilsinlər.

1879-cu ildə əsası qoyulan "RMU Zenica" Bosniya və Herseqovinada ilk daş kömür mədəni olub. Onun açılması Zenitsanın regional sənaye mərkəzi kimi inkişafına ciddi təsir göstərib. Daha sonra dəmir yolunun çəkilməsi və metallurgiya zavodunun inşası şəhərə minlərlə iş yeri qazandırıb.

Qeyd edək ki, "RMU Zenica"nın bağlanacağı iki il əvvəl elan edilmişdi və əsas səbəb kimi iqtisadi səmərəsizlik göstərilmişdi.

Xəbər lenti