IMG-LOGO

Dövlət agentliyinin sədri işdən çıxarıldı

23 Feb 2026 15:57 3 baxış
IMG
3 0

Elnur İbrahimov Naxçıvan Muxtar Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.

Lent.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov müvafiq Sərəncam imzalayıb.

Fotoda Elnur İbrahimov

Digər sərəncama əsasən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinin müvəqqəti icrası həmin Agentliyin İdarə Heyəti sədrinin müavini Vüsal Cəmil oğlu Məmmədova həvalə olunub.

Hadisələr

Xəbər lenti