IMG-LOGO

Azərbaycan vətəndaşları Türkiyədə yanvarda ev alışını 8 % artırıb

23 Feb 2026 14:29 3 baxış
IMG

Bu ilin yanvar ayında Azərbaycan vətəndaşları Türkiyədə 54 mənzil alıblar.

Bu barədə "Report" Türkiyənin Statistika İdarəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 4 mənzil və ya 8 % çoxdur.

Ötən ay Azərbaycan vətəndaşları Türkiyədə ev alanların siyahısında ilk onluqda, 7-ci yerdə qərarlaşıb.

Ümumilikdə, 2026-cı ilin yanvar ayında Türkiyədə xarici vətəndaşlara 1 311 mənzil satılıb. Bu, ötən ilin eyni ayı ilə müqayisədə 247 mənzil və ya 15,8 % azdır.

Bu ilin yanvar ayında Türkiyədə ən çox mənzil alanlar Rusiya vətəndaşları olub. Onlara 219 mənzil satılıb. Bu, 2025-ci ilin yanvar ayı ilə müqayisədə 29 ədəd və ya 11,7 % azdır.

Növbəti yeri İran vətəndaşları tutublar. Yanvarda onlara bu ölkədə 118 mənzil satılıb ki, bu da illik müqayisədə 44 ədəd və ya 27,2 % azdır.

Türkiyədə ev alanların siyahısında üçüncü yerdə Ukrayna vətəndaşları qərarlaşıblar. Belə ki, yanvarda Ukrayna vətəndaşları Türkiyədə 77 mənzilə sahib olublar. Bu da 2025-ci ilin ilk ayı ilə müqayisədə 17 mənzil və ya 18,1 % azdır.

Xatırladaq ki, 2025-ci ildə Azərbaycan vətəndaşları Türkiyədə 944 mənzil alıblar.

Xəbər lenti