IMG-LOGO

Aİ Ukraynaya enerji tədarükü üçün 2,8 milyard avro ayırıb

23 Feb 2026 13:12 2 baxış
IMG

Avropa İttifaqı (Aİ) Ukraynaya 11 min generator, o cümlədən enerji və yanacaq tədarükü üçün 2,8 milyard avro ayırıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə böhranların idarə edilməsi üzrə Avropa komissarı Aca Lyabib Aİ xarici işlər nazirlərinin görüşünə gedərkən bildirib.

"Aİ Ukraynaya 11 min generator təqdim edib, Ukraynanın enerji sektorunun dəstəklənməsi üçün 1,8 milyard avro, qaz tədarükü üçün isə 1 milyard avro ayırıb", - o bildirib.

Xəbər lenti