IMG-LOGO

"Bakı şəhərsalma həftəsi"nin keçiriləcəyi tarix açıqlanıb

23 Feb 2026 12:42 2 baxış
IMG

Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) hazırlıq çərçivəsində 11-17 may tarixlərində "Bakı şəhərsalma həftəsi" keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə WUF13 Azərbaycan Əməliyyat Şirkətinin substantiv məzmun üzrə meneceri (Substantive Content Manager) Cəmilə İsmayılzadə KİV üçün keçirilən təlimdə bildirib.

"Hazırda bu həftənin proqramı üzərində iş aparılır. Yaxın zamanda əlavə məlumat veriləcək", - o qeyd edib.

C.İsmayılzadənin sözlərinə görə, "Bakı şəhərsalma həftəsi" şəhər kimliyini ön plana çıxaran bir proqramdır:

"Forumlar, müzakirələr, tarixi və mədəni tədbirlər vasitəsilə o, iştirakçılara Bakının tarixi, müasir inkişafı və şəhər həyatı ilə daha yaxından tanış olmaq imkanı verir. Müraciətlərin təqdim edilməsi üçün son tarix aprelin 30-dur".

Qeyd edək ki, WUF13 17-22 may tarixlərində Bakıda keçiriləcək.

Xəbər lenti