Fevralın 27-də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Vüsal Nəsirli Xırdalan şəhərində vətəndaşları qəbul edəcək.
Bu barədə "Report"a agentlikdən məlumat verilib.
Məlumata əsasən, qəbulda Abşeron və Zəngilan rayonlarının sakinləri iştirak edə bilərlər.
Vətəndaşlar fevralın 23-25-də agentliyə rəsmi şəkildə [email protected] elektron ünvanı və ya poçt vasitəsilə müraciət edərək və ya (012) 599-79-75 Çağrı mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.