IMG-LOGO

Təyyarə ilə günün hansı vaxtında uçmaq daha yaxşıdır?

23 Feb 2026 10:28 4 baxış
IMG
0 0

Səhər və axşam saatlarında sərnişinlərə xidmət bir-birindən xeyli fərqlənir.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, uçuş üçün ən yaxşı vaxt erkən səhər saatlarıdır. Bu zaman həm xidmət daha keyfiyyətli olur, həm stüardessalar daha mehriban davranır, həm də pilotlar daha diqqətli olurlar.

Sərnişinlərə ən yaxşı xidmət adətən səhər reyslərində göstərilir. Bunun səbəbi odur ki, bu reyslər gecikmələrə daha az məruz qalır və heyət üzvləri çox vaxt yaxşı əhval-ruhiyyədə olur. Səhər saatlarında təyyarənin daha təmiz olması ehtimalı da yüksəkdir.

Məsləhət: Uçuş vaxtını seçmək imkanınız varsa, səhər reyslərinə üstünlük verin. Səhər havası adətən uçuş üçün daha əlverişli olur. Günün ikinci yarısında hava şəraiti dəyişə bilər və bu da turbulentliyə səbəb ola bilər.

Səhər saatlarında hava axınları daha sabit olur. Turbulentlik hava axınlarının dəyişməsi ilə bağlıdır və gün ərzində Günəşin atmosferi qızdırması nəticəsində daha tez-tez baş verir. Əgər tranzit uçuş üçün vaxtınız məhduddursa, bunu stüardessalara bildirməkdən çəkinməyin. Onlar növbəti reysi olan sərnişinlərin əvvəl çıxması üçün elan verə bilərlər. Lakin nəzakətli davranmaq vacibdir, çünki heyət üzvləri sizə prioritet çıxış təmin etməyə borclu deyil.

Səhər reyslərini seçməklə və səyahətin xüsusiyyətlərini nəzərə almaqla daha rahat və xoş aviayol təcrübəsi yaşamaq şansınızı artırmış olarsınız.

Travel uçuş saatları təyyarə

Xəbər lenti