IMG-LOGO

Çində 5,1 maqnitudalı zəlzələ olub

23 Feb 2026 09:59 3 baxış
IMG

Sintszyan-Uyğur Muxtar Rayonunun (Çinin şimal-qərbi) Bayan-Qol-Monqol muxtar dairəsinin Yuli qəzasında 5,1 maqnitudalı zəlzələ baş verib.

"Report" "Sinxua"ya istinadən xəbər verir ki, bu barədə Çinin Seysmoloji Şəbəkələr Mərkəzi məlumat yayıb.

Qurumun məlumatına görə, yeraltı təkanların episentri 15 km dərinlikdə yerləşib.

Xəbər lenti