IMG-LOGO

"Blackwater" şirkətinin təsisçisi Ukraynadakı dron istehsalçısına qoşulub

23 Feb 2026 06:14 2 baxış
IMG

ABŞ-nin "Blackwater" özəl hərbi şirkətinin təsisçisi Erik Prins pilotsuz uçuş aparatları (PUA) üçün proqram təminatı hazırlayan Ukraynanın "Swarmer" startapı ilə əməkdaşlığa başlayıb.

"Report" xəbər verir ki, bu barədə "Guardian" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, şirkət birjaya çıxdıqdan sonra investisiyaların cəlb edilməsi üçün Prinsi qeyri-icraçı direktor vəzifəsinə işə götürüb.

"PUA-lar üçün proqram təminatı üzrə ixtisaslaşan "Swarmer" səhmlərin ilkin kütləvi yerləşdirilməsi (IPO) üçün müraciət edib və Prinsi işə götürüb", - deyə nəşrdə qeyd olunub.

Qəzet həmçinin Prinsin startapın potensial səhmdarlarına ünvanladığı məktubdan bir parçanı da sitat gətirib: "2024-cü ilin aprel ayından etibarən "Swarmer" platforması Ukraynada istifadə olunur. Orada aktiv hərbi əməliyyatlar şəraitində 100 mindən çox real missiya yerinə yetirilib və bu missiyalar platformaya inteqrasiya olunmuş proqram təminatı və maşın təlimi modelləri üçün məlumat bazası təmin edib".

Xəbər lenti