IMG-LOGO

"Sada el-Balad": Misir martın 1-dən viza rüsumlarını artıracaq

23 Feb 2026 04:23 3 baxış
IMG

Misirə giriş vizasının qiyməti 2026-cı il martın 1-dən 5 dollar artaraq 30 dollar təşkil edəcək.

"Report"un məlumatına görə, bu barədə Misirin "Sada el-Balad" telekanalı xəbər yayıb.

Məlumata görə, müvafiq məzmunlu qərarı Misir Turizm Palataları Federasiyası yayıb. Bu qərarın səbəbləri barədə məlumat verilməyib.

Misir Prezidenti Əbdülfəttah əs-Sisi 2025-ci il dekabrın 2-də fərman imzalayıb və orada "Nümayəndələr Palatasının (parlamentin aşağı palatası) qərarına uyğun olaraq giriş vizaları üçün rüsumun 20 dollardan və ya digər xarici valyutada buna ekvivalent olan məbləğdən çox olmayan miqdarda müəyyən edilməsini" tapşırıb. Bir həftə sonra Misirin Turizm və Qədim Əsərlər Nazirliyi açıqlama yayaraq bildirib ki, prezidentin fərmanında söhbət "rüsumun artırılmasından deyil, onun maksimum həddinin müəyyən edilməsindən" gedir. Eyni zamanda, qurum vurğulayıb ki, ölkəyə giriş vizasının qiymətinin artırılması ilə bağlı qərar "hələlik qəbul edilməyib".

Xəbər lenti