ABŞ Ali Məhkəməsinin Amerikanın idxal rüsumları siyasəti ilə bağlı qərarı Vaşinqton administrasiyası ilə digər dövlətlərin hakimiyyət orqanları arasında ticarət sahəsində əvvəllər əldə edilmiş hər hansı razılaşmanın ləğvinə səbəb olmayıb.
"Report"un məlumatına görə, bunu "CBS" telekanalının efirində ABŞ-nin ticarət danışıqları üzrə nümayəndəsi Ceymison Qrir bildirib.
"Kiminisə yanıma gəlib sövdələşmənin ləğv edildiyini dediyini eşitməmişəm", - o, ABŞ rəsmilərinin ticarət məsələləri üzrə digər ölkələrin nümayəndələri ilə təmaslarından danışarkən qeyd edib.
"Onlar vəziyyətin necə inkişaf edəcəyini anlamaq istəyirlər. Mən onlarla bununla bağlı məsləhətləşmələr aparıram", - nümayəndə əlavə edib.
ABŞ Ali Məhkəməsi cümə günü prezident administrasiyasının beynəlxalq fövqəladə hallar zamanı iqtisadi səlahiyyətlər haqqında qanunu bəhanə gətirərək digər ölkələrə qarşı idxal rüsumları tətbiq etməsini səlahiyyətlərin aşılması kimi tanıyıb. Eyni zamanda, Ali Məhkəmə instansiyası ABŞ-nin daha əvvəl rüsum şəklində ödənilmiş vəsaitləri geri qaytarıb-qaytarmamalı olduğuna aydınlıq gətirməyib.
Şənbə günü Vaşinqton administrasiyası Birləşmiş Ştatlara idxal edilən mallar üçün tətbiq olunan qlobal rüsumların 10 %-dən 15 %-ə qaldırıldığını elan edib.