Ukrayna üzrə danışıqlar fevralın 26-da Cenevrədə bərpa oluna bilər.
"Report"un məlumatına görə, bu barədə TASS mənbəyə istinadən xəbər verir.
"Cenevrədə (Ukrayna üzrə - red.) danışıqlar artıq cümə axşamı bərpa oluna bilər", - agentliyin həmsöhbəti bildirib.
Rusiya, ABŞ və Ukrayna arasındakı danışıqlar 17-18 fevral tarixlərində Cenevrədə baş tutub. Birinci gün danışıqlar təxminən altı saat, ikinci gün isə iki saata yaxın davam edib. Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski danışıqları ağır, lakin işgüzar kimi xarakterizə edib. Onun sözlərinə görə, yaxın vaxtlarda yeni görüş keçiriləcək.
Rusiya, Ukrayna və ABŞ-nin iştirakı ilə təhlükəsizlik üzrə üçtərəfli məsləhətləşmələrin birinci raundu 23-24 yanvar tarixlərində Əbu-Dabidə keçirilib. Fevralın 4-5-də isə orada ikinci raund baş tutub.