Cənub-Şərqi Asiyada, Cənubi Çin dənizinin Malayziya sahillərində 7,1 bal gücündə zəlzələ baş verib.
"Report"un məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar ölkənin şimalındakı Sabah ştatının Kudat şəhərindən 62 km aralıda qeydə alınıb.
Zəlzələ ocağı 620 km dərinlikdə yerləşib, sunami təhlükəsi elan edilməyib.
Xəsarət alanlar və ya dağıntılar barədə məlumat daxil olmayıb.