Şahmat üzrə Azərbaycan çempionatı ən gərgin keçən yarışlardan biridir.
"Report" xəbər verir ki, bunu şahmat üzrə qadınlar arasında Azərbaycan çempionatının qalibi olan Ülviyyə Fətəliyeva jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, çempionat son illərdə daha da nüfuz qazanıb.
"On günlük turnir bizim üçün həm şahmat, həm də psixoloji baxımdan stresli, həyəcanlı və gərgin keçdi", - o deyib.
"Ümid edirəm ki, bu uğurlu nəticə ilin sonuna qədər davam edər. Çalışacağıq ki, ölkəmizi beynəlxalq yarışlarda yaxşı təmsil edək", - şahmatçı bildirib.
Qeyd edək ki, Ülviyyə Fətəliyeva Azərbaycan çempionatının finalında Ayan Allahverdiyevanı məğlub edib.