Şəhriyar Məmmədyarov hesab edir ki, zaman keçdikcə yüksək nəticə əldə etməyi çətinləşir.
"Report" xəbər verir ki, bunu şahmat üzrə Azərbaycan çempionatında ikinci olan Şəhriyar Məmmədyarov jurnalistlərə açıqlamasında deyib.
Şahmatçı qeyd edib ki, artıq ikinci ildir finalda uduzur:
"Sözsüz ki, hər yarışda birinci olmaq istəyirik. İllərdir belə davam edir. Artıq ikinci ildir finalda uduzuram. Çətindir, buna görə də peşəkar şahmatçı üçün finala çıxmağın özü də bir uğurdur. Azərbaycan çemiponatını yüksək dəyərləndirirəm. Ötən il 1/4 finalda qalib gəldiyim Məhəmməd Muradlı bu il çempion oldu. Şahmat inkişaf edir, gənclərimiz daha yaxşı oynayırlar. Zaman onların xeyrinə, mənim kimi şahmatçıların əleyhinə işləyir, yüksək nəticə əldə etməyimiz daha da çətinləşir. Oyun keyfiyyətindən razıyam, nəticədən isə yox".