Şahmat üzrə Azərbaycan çempionatı ağır mübarizə ilə keçib.
"Report" xəbər verir ki, bunu şahmat üzrə Azərbaycan çempionu olan Məhəmməd Muradlı jurnalistlərə açıqlamasında deyib.
O, turnirin maraqlı keçdiyini bildirib:
"Beş görüş keçirdim. Deyə bilərəm ki, ən ağır görüşüm ikinci raundda Rəvan Əliyevə qarşı oldu. Bütün rəqiblərimə maraqlı oyuna görə təşəkkür edirəm. Final görüşü, təbii ki, çox maraqlı keçdi. Şükürlər olsun ki, turniri qalib kimi başa vura bildim".
Qeyd edək ki, Məhəmməd Muradlı Azərbaycan çempionatının finalında Şəhriyar Məmmədyarova qalib gəlib.