IMG-LOGO

İsrail silahlı qruplaşmalarla mübarizə üçün digər ölkələrlə alyans yaratmaq niyyətindədir

22 Feb 2026 19:49 3 baxış
IMG

İsrailin Baş naziri Benyamin Netanyahu hindistanlı həmkarı Narendra Modi ilə Yaxın Şərqdəki silahlı qruplaşmalara qarşı mübarizə aparacaq ölkələr alyansının yaradılmasını müzakirə etmək niyyətindədir.

"Report"un "The Times of Israel"ə istinadən məlumatına görə, Netanyahu bu barədə Nazirlər Kabinetinin həftəlik iclasının əvvəlində bildirib.

Onun sözlərinə görə, Modinin çərşənbə günü İsrailə edəcəyi rəsmi səfər çərçivəsində iki ölkə arasında iqtisadi əməkdaşlığın gələcək inkişafı, diplomatik əlaqələrin və təhlükəsizlik sahəsində tərəfdaşlığın gücləndirilməsi müzakirə olunacaq.

"İsrail Yaxın Şərqin ətrafında və ya daxilində bütöv bir sistem - mahiyyətcə bir növ alyanslar altıbucağı yaratmaq niyyətindədir", - İsrail Baş naziri qeyd edib.

Onun bildirdiyinə görə, alyansa İsraillə yanaşı, Hindistan, Yunanıstan, Kipr və adı açıqlanmayan ərəb, Afrika və Asiya ölkələri daxil olmalıdır.

"Mən digər xüsusi əməkdaşlıq sahəsini də qeyd edəcəyəm. Biz yüksək texnologiyalar, süni intellekt və kvant texnologiyaları sahəsində əməkdaşlığı təşviq edəcəyik", - Netanyahu deyib.

Qeyd olunub ki, Hindistanın Baş naziri həmin gün Knessetdə (parlamentdə) çıxış edəcək.

Xəbər lenti