IMG-LOGO

Trampın iqamətgahının ərazisinə girmək istəyən silahlı şəxs zərərsizləşdirilib

22 Feb 2026 18:12 3 baxış
IMG

ABŞ Məxfi Xidməti səhər saatlarında Donald Trampın Floridadakı iqamətgahı - Mar-a-Laqo ərazisinə qanunsuz daxil olmağa cəhd edən silahlı şəxsi zərərsizləşdirib.

"Report" xəbər verir ki, hadisə barədə Məxfi Xidmətin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.

Xidmətin məlumatına görə, həmin şəxs Mar-a-Laqo malikanəsinin şimal darvazası yaxınlığında ov tüfənginə bənzər əşya və yanacaq bidonu ilə görülüb. Hadisə yerinə agentlər və Palm-Biç dairəsinin şerif müavini gəlib.

Qeyd olunub ki, Tramp hazırda Vaşinqtondadır.

Xəbər lenti