IMG-LOGO

Ülviyyə Fətəliyeva karyerasında ilk dəfə Azərbaycan çempionu olub

22 Feb 2026 17:20 2 baxış
IMG

Şahmat üzrə qadınlar arasında Azərbaycan çempionatında qalib və mükafatçılar məlum olub.

"Report"un məlumatına görə, üçüncü yer uğrunda görüşdə Gülnar Məmmədova Türkan Məmmədyarovanı üstələyib 1,5:0,5.

Final görüşündə isə Ülviyyə Fətəliyeva Ayan Allahverdiyevanı məğlub edib. Tay-brekdə 1,5:0,5 hesablı qələbə qazanan Ü.Fətəliyeva karyerasında ilk dəfə Azərbaycan çempionu olub.

Xəbər lenti