IMG-LOGO

ABŞ ilə Fransa arasında siyasi gərginlik artır

22 Feb 2026 17:33 2 baxış
IMG

ABŞ-nin Parisdəki səfiri Çarlz Kuşner ötən həftə ifrat sağçı fəalının öldürülməsi ilə bağlı şərhlərinə görə Fransa Xarici İşlər Nazirliyinə çağırılıb.

"Report" xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro bildirib.

Bundan əvvəl ABŞ-nin Fransadakı səfirliyi və ABŞ Dövlət Departamentinin Terrorizmlə Mübarizə Bürosu bildirib ki, radikal sol hərəkatların zorakılığı getdikcə genişlənir və ictimai təhlükəsizliyə təhdid hesab edilməlidir.

Xatırladaq ki, fransız ifrat sağçı fəal Kventin Derank şübhəli solçu fəallarla davada döyülərək öldürülüb və bu, beynəlxalq ictimaiyyətin etirazına səbəb olub.

Xəbər lenti