IMG-LOGO

Azərbaycan gimnastları Dünya Kubokunu altı medalla başa vurublar

22 Feb 2026 15:52 2 baxış
IMG

Azərbaycan gimnastları Bakıda keçirilən Dünya Kubokunu altı medalla başa vurublar.

"Report"un məlumatına görə, son olaraq Selcan Mahsudova - Maqsud Mahsudov cütü qarışıq sinxron proqramda qızıl mükafat qazanıblar.

Onlar yarışda birinci yeri tutublar. Daha əvvəl tamblinqçilərdən Mixail Malkin qızıl, Tofiq Əliyev gümüş medala yiyələnib.

Batutçulardan Maqsud Mahsudov - Hüseyn Abbasov cütü və Selcan Mahsudova - Şəfiqə Hümbətova cütü sinxron proqramda bürünc, Selcan Mahsudova fərdi yarışda gümüş mükafata sahib çıxıb.

Xəbər lenti