IMG-LOGO

Azərbaycan gimnastı: "Dünya Kubokunda medalsız qalmamaq üçün çox risk etmədim"

22 Feb 2026 14:49 4 baxış
IMG

Azərbaycan gimnastı Tofiq Əliyev Bakıdakı Dünya Kubokunda medalsız qalmamaq üçün çox risk etməyib.

"Report"un məlumatına görə, idmançı bu barədə jurnalistlərə açıqlama verib.

Gümüş mükafat qazanan tamblinqçi son finaladək liderliyini qoruduğunu söyləyib:

"Düşünürəm ki, axırıncı cəhdimdə əzələlərim yorğun idi. Bu səbəbdən risk etmədim. Çünki yerli azarkeşlər önündə medalsız qalmaq istəmirdim. Belə ehtimal da var idi. Ona görə çıxışımı çətinləşdirmədim. Bacardığımı etdim və gümüş medala sahib çıxdım. Qızıl medal da qazana bilərdim. Sadəcə, hakimlərin yekun qərarına əsasən, keçid elementində ayaqlarımı bükmüşəm. Buna görə 0,6 xal silindi və ikinci yeri tutdum"

O, qızıl medal qazanan Azərbaycanın digər gimnastı Mixail Malkin haqqında da danışıb:

"Bəlkə də onun idmanda mənim yaşım qədər təcrübəsi var. İlk dəfə fəxri kürsüdə birlikdə yer aldıq. Bunu çoxdan istəyirdik və bu gün gerçəkləşdi. Bizi qarşıda Avropa çempionatı gözləyir, orada həm komanda hesabında, həm də fərdi olaraq uğurlu çıxış etmək istəyirik".

Xəbər lenti