Milli Hidrometeorologiya Xidmətinin fevralın 22-si saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin gecə və səhər bəzi yerlərdə az yağıntılı olub.
Bu barədə "Report"a Xidmətdən məlumat verilib.
Bildirilib ki, düşən yağıntının miqdarı Tərtər, Lənkəran, Astarada 1 mm-dir.
Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti arabir 21 m/s-dək güclənir.
Neft Daşları, Çilov adası, Şəki, Şəmkir, Neftçala, Lənkəran, Lerikdə duman müşahidə olunur, dumanda görünüş 200 metrədək məhdudlaşır.
Fevralın 21-də havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 14, Naxçıvan MR-da 17, Aran rayonlarında 19, dağlıq rayonlarda 16 dərəcəyədək isti müşahidə olunub.