Salsa janrının yaradıcılarından biri, Puerto-Riko əsilli bəstəkar Villi Kolon 75 yaşında vəfat edib.
"Report"un məlumatına görə, bu barədə "NBC News" telekanalı musiqiçinin ailəsinin açılamasıns istinadən xəbər verib.
"Dərin kədərlə sevimli ərimiz, atamız və məşhur musiqiçi Villi Kolonun ölümünü elan edirik. O, bu səhər sevdiyi ailəsinin əhatəsində vəfat etdi", - ailənin feysbukdakı səhifəsində etdiyi paylaşımda bildirilir.
Onun ölüm səbəbi açıqlanmır.