IMG-LOGO

Xil Pinto: Venesuela ABŞ-ni faydalı münasibətlər mərhələsinə keçməyə çağırır

21 Feb 2026 21:19 3 baxış
IMG

Venesuela 2015-ci il martın 8-dən qüvvədə olan fərmana əsaslanan Amerika sanksiyalarının uzadılmasını rədd edir və Vaşinqtonla qarşılıqlı faydalı münasibətlərə çağırır.

"Report" xəbər verir ki, bu, Venesuelanın xarici işlər naziri İvan Xil Pintonun teleqram kanalında dərc edilən hökumət bəyanatında qeyd olunub.

"Venesuela Bolivar Respublikası ABŞ-nin keçmiş Prezidenti Barak Obama tərəfindən 2015-ci il martın 8-də imzalanmış 13692 saylı Fərmana uyğun olaraq 2026-cı il fevralın 18-də ölkəmizə qarşı "milli fövqəladə vəziyyət" adlandırılan tədbirlərin uzadılmasını qəti şəkildə rədd edir", - bəyanatda bildirilib.

Vurğulanıb ki, həmin fərmanın qüvvəyə minməsindən 11 il sonra Venesuelanın ABŞ xalqı və hökuməti üçün fövqəladə təhlükə kimi müəyyən edilməsi həqiqətə uyğun gəlmir.

Bəyanatda qeyd olunub ki, Venesuela ABŞ hökumətini beynəlxalq münasibətlərin aparılmasında konstruktiv olmağa, birtərəfli yanaşmalardan imtina etməyə, hər iki dövlətin xalqları üçün qarşılıqlı anlaşma və faydalı münasibətlər mərhələsinə keçməyə çağırır.

Xəbər lenti