Macarıstan Ukraynanın "Drujba" boru kəməri ilə Rusiya neftinin tranzitini bərpa etməyəcəyi təqdirdə bu ölkəyə elektrik enerjisi tədarükünü dayandıra bilər.
"Report" Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban bildirib.
Baş nazir xatırladıb ki, Ukraynanın hərəkətlərinə cavab olaraq Macarıstan artıq ora dizel yanacağı tədarükünü dayandırıb, həmçinin Avropa İttifaqından 90 milyard avro kreditin ayrılmasını bloklamaq qərarına gəlib.
"Slovakiyalılar bu məsələni qaldırırıblar və lazım gələrsə, biz də belə bir addım atacağıq", - V.Orban deyib.
Daha əvvəl Slovakiyanın Baş naziri Robert Fitso bəyan edib ki, Kiyev neft tranzitini bərpa etməsə, ölkəsi Ukraynaya elektrik enerjisinin ötürülməsini dayandırmağa hazırdır.