IMG-LOGO

Azərbaycanda ötən ay dəniz nəqliyyatı ilə 660 min tona yaxın yük daşınıb

21 Feb 2026 16:38 2 baxış
IMG

Bu ilin yanvar ayında Azərbaycanda dəniz nəqliyyatı ilə daşınmış yüklərin həcmi 658,8 min ton təşkil edib.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni ayı ilə müqayisədə 165,3 min ton və ya 20 % azdır.

Məlumata əsasən, yüklərin 60,1 %-i neft yükləri olub.

Qeyd edək ki, 2026-ci ilin yanvar ayında nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektlərinin daşıdığı yüklərin həcmi 18,3 milyon ton olub. Yüklərin 3,6 %-i dəniz yolu ilə daşınıb. Hesabat dövrü ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2025-ci ilin müvafiq dövrünə nisbətən 800 nəfər və ya 29,6 % azalaraq 1,9 min nəfər olub.

Xəbər lenti