IMG-LOGO

Fitso: Əgər Ukrayna neft tədarükünü bərpa etməsə, elektrik enerjisiz qalacaq

21 Feb 2026 16:59 3 baxış
IMG

Ukraynadan neft təhcizatı bərpa edilmədiyi halda Bratislava elektrik enerjisi tədarükünü dayandıracaq.

"Report" xəbər verir ki, bu barədə Slovakiyanın Baş naziri Robert Fitso "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Əgər fevralın 23-də Slovakiyaya neft tədarükü bərpa edilməsə, dövlət səhmdar şirkəti SEPS-dən Ukraynaya elektrik enerjisi tədarükünü dayandırmasını xahiş edəcəyəm. Yalnız 2026-cı ilin yanvarında Ukrayna enerji sisteminin sabitləşdirilməsi üçün zəruri olan belə tədarüklərə bütün 2025-ci il ərzindəkindən iki dəfə çox ehtiyac yaranıb", - o yazıb.

R.Fitso vurğulayıb ki, Slovakiya 2022-ci ildən tammiqyaslı işğalın başlanmasından bəri Ukraynaya dəstək verir:

"Hazırda ərazimizdə təxminən 180 min ukraynalı var, biz humanitar yardım göstəririk və birgə hökumət iclasları keçiririk. Ukrayna üçün bəzi digər ölkələrdən çox iş görürük".

Slovakiyanın Baş naziri vurğulayıb ki, Kiyevin Rusiyanın enerji resurslarının tədarükünü pozmağa yönəlmiş addımları Bratislavaya böyük zərər və xərclər gətirir.

"Ukrayna Prezidenti Volodimir Zelenski sülhə yönəlmiş yanaşmamızı başa düşməkdən imtina edir və biz müharibəni dəstəkləmədiyimiz üçün Slovakiyaya qarşı düşmənçiliklə davranır. Əvvəlcə o, qaz tədarükünü dayandırdı, bizə ildə 500 milyon avro zərər vurdu. İndi isə neft tədarükünü dayandırıb ki, bu da əlavə itkilərə və çətinliklərə səbəb olub", - Baş nazir bəyan edib.

R.Fitso Volodimir Ukrayna Prezidentinin addımlarını "qəbuledilməz" adlandırıb və bəyan edib ki, Bratislava Aİ-nin Avropa Komissiyası tərəfindən təsdiqlənmiş və Macarıstan tərəfindən bloklanmış Ukraynaya genişmiqyaslı kreditinin verilməsində iştirak etməyəcək.

"Slovakiyanı Ukrayna üçün 90 milyard avro məbləğində son hərbi kreditə cəlb etməmək qərarımı tamamilə düzgün hesab edirəm", - o bildirib.

Xəbər lenti