IMG-LOGO

Ukrayna "kölgə donanması"nın 225 kapitanına və 44 Rusiya şirkətinə qarşı sanksiyalar tətbiq edib

21 Feb 2026 15:28 2 baxış
IMG

Ukrayna Prezidenti Volodimir Zelenski yeni sanksiya paketlərinin tətbiqi ilə bağlı Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarını qüvvəyə mindirən fərmanlar imzalayıb.

"Report" xəbər verir ki, bu barədə "İnterfaks-Ukrayna" məlumat yayıb.

Ukrayna Prezidentinin saytında qeyd olunub ki, qərarlardan biri Rusiyanın "kölgə donanması"na qarşı mübarizəyə yönəlib: Rusiya neft məhsullarını ixrac edən gəmilərin 225 kapitanına qarşı sanksiyalar tətbiq edilib. Onların arasında 11 ölkənin, xüsusilə Rusiya, Hindistan və Filippin vətəndaşları var.

"Qara, Qırmızı və Baltik dənizlərindəki vəziyyətin monitorinqi göstərib ki, bu kapitanlar Rusiyanın "kölgə donanması"nın gəmilərini idarə edib və Avropa İttifaqı, G7 və digər dövlətlərin sanksiyalarından yan keçərək neft daşıyıblar. Bu tankerlәrin böyük hissəsi - 188-i artıq Aİ, ABŞ, Böyük Britaniya, İsveçrə, Kanada, Avstraliya və Yeni Zelandiyanın sanksiyaları altındadır", - fərmanda bildirilib.

İkinci sanksiya paketinə Rusiyanın 46, İranın 2 vətəndaşı və Rusiyanın hərbi-sənaye kompleksinə xidmət göstərən bu ölkəyə məxsus 44 şirkət daxil edilib.

"Onların arasında Rusiyanın hərbi-sənaye kompleksinin ehtiyacları üçün texnika, radioelektron mübarizə vasitələri və ehtiyat hissələrini tədarük, istehsal və təmir edənlər var. Onların məhsulları ballistik və qanadlı raketlərin, zərbə və kəşfiyyat dronlarının, atıcı silahların və döyüş sursatlarının istehsalında istifadə olunur", - məlumatda qeyd olunub.

Xəbər lenti