IMG-LOGO

Peter Siyarto: Aİ Macarıstanda öz maraqlarına uyğun hakimiyyət dəyişikliyi istəyir

21 Feb 2026 15:49 3 baxış
IMG

Avropa İttifaqı (Aİ) rəsmi Budapeştin öz maraqlarına əməl etməsi üçün 2026-cı ilin aprelində Macarıstanda keçiriləcək parlament seçkilərinin nəticələrinə görə hakimiyyət dəyişikliyinə ümid edir.

"Report" xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Bizim Aİ ilə münaqişələrimiz Macarıstanın milli maraqlarına uyğun hərəkət etdiyimizə görə mövcuddur. Bu, üç əsas məsələ də qurumun əsas xəttinə tamamilə ziddir. Macarıstanla Aİ arasındakı fikir ayrılıqları miqrasiya, gender siyasəti, həmçinin, qurumun Rusiya ilə Ukrayna arasındakı müharibəyə cəlb edilməsi ilə bağlıdır. Aİ bu fikir ayrılıqlarına görə loyal qüvvələrin dəstəyini təmin etmək üçün Macarıstandakı seçkilərə müdaxilə etməyə çalışır", - XİN başçısı qeyd edib.

P.Siyarto bildirib ki, Macarıstanın siyasəti Aİ-nin xəttinə 180 dərəcə ziddir:

"Buna görə də onlar bizi öz siyasi proqramlarının həyata keçirilməsinə maneə kimi görürlər. Bu baxımdan seçkilərimizə çox aktiv və kobud şəkildə müdaxilə edirlər. Çünki hamı bilir ki, Macarıstanda siyasi dəyişikliklər baş versə, indiki hökumət getsə, onlar müharibə, miqrasiya və gender məsələlərində öz siyasi narrativlərini irəli sürə biləcəklər".

Xəbər lenti