Saçlarınızın nə qədər gözəl, uzun və sağlam olacağı birbaşa baş dərisinin qan dövranından asılıdır. Qan dövranını yaxşılaşdırmaq üçün sadə bir baş masajı kömək edə bilər.
Lent.az xəbər verir ki, ilk olaraq qaşüstü qövsləri masaj edin. Baş barmaq və şəhadət barmağının yastı hissələri ilə burun kökündən gicgahlara doğru yüngül sıxıcı hərəkətlər edin. İndi qulaq seyvanlarının arxasında, mastoid çıxıntılar nahiyəsinə keçin. Burada 2-3 barmağın yastı hissələri ilə dairəvi hərəkətlər yerinə yetirin. Yenidən alın nahiyəsinə qayıdın. Hər iki əlin ovucu ilə alnı sıxın və qaşüstü qövslərdən saçların çıxma xəttinə qədər bir neçə dəfə sığallayıcı hərəkətlər edin. Saçlı baş dərisinə keçin. Barmaqların yastı hissələri ilə alnın saç xəttinə toxunun və sanki saçları darayırmış kimi hərəkət edərək ənsəyə doğru irəliləyin. Saçları bir qədər silkələyə bilərsiniz. Bir əldən istifadə edərək, baş barmağa söykənib şəhadət və orta barmağın yastı hissələri ilə dairəvi hərəkətlər edin. Hərəkətləri təpə nahiyəsindən saçların çıxma xəttinə doğru davam etdirin. Bir əlin ovucu ilə saçlı baş dərisinin bütün səthi boyunca dairəvi yoğurucu hərəkətlər edin. Digər əli isə baş üçün dayaq kimi istifadə edin. Bir ovucunuzu başın təpəsinə, digərini isə ənsəyə qoyun, barmaqları açın və baş dərisini müxtəlif istiqamətlərdə hərəkət etdirməyə başlayın. Masajı hər iki əllə eyni anda edin.
Son mərhələ: əllər əvvəlki vəziyyətdə qalır, yalnız bu dəfə saçlı baş dərisini əllərlə bir-birinə doğru hərəkət etdirmək lazımdır.
Dəb saçı uzatmağın yolları sağlam saç dibləri