IMG-LOGO

Prokurorluq əməkdaşları Şəhidlər xiyabanını ziyarət etdi

20.01.2024 12:54 105 baxış
IMG

20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar prokurorluq əməkdaşları Şəhidlər xiyabanını ziyarət edib.

Bu barədə Lent.az-a Baş Prokurorluqdan bildirilib.

Qeyd edilib ki, Azərbaycan Respublikasının Baş Prokurorluğunun rəhbərliyi və kollektivi 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.

Prokurorluq əməkdaşları şəhidlərimizin məzarları üzərinə gül dəstələri qoyub, ölkəmizin azadlığı uğrunda həlak olanların xatirəsini hörmət və ehtiramla yad edib.

Xəbər lenti