IMG-LOGO

Süni intellektlə bağlı yeni qaydalar qüvvəyə mindi

03 Aug 2026 04:37 3 baxış
IMG
1 0

Avropa İttifaqında süni intellekt sistemlərinin istifadəsini tənzimləyən yeni qaydaların bir hissəsi qüvvəyə minib.

Lent.az xəbər verir ki, yeni tələblərə əsasən, ümumi təyinatlı süni intellekt modellərini hazırlayan şirkətlər istifadə etdikləri məlumatlar və sistemlərinin imkanları barədə daha şəffaf məlumat təqdim etməlidirlər.

Bundan başqa, müəllif hüquqları ilə qorunan məzmunun AI modellərinin hazırlanmasında necə istifadə edildiyi barədə də açıqlamalar verilməsi tələb olunur.

Qaydalar, həmçinin istifadəçilərin süni intellekt tərəfindən yaradılmış məzmunu daha asan tanımasını və yüksək riskli AI sistemlərinin daha ciddi nəzarət altında fəaliyyət göstərməsini nəzərdə tutur.

Yeni tələblər mərhələli şəkildə tətbiq olunacaq və onları pozan şirkətləri milyonlarla avroya çata bilən cərimələr gözləyə bilər.

Bu addım Avropa İttifaqının süni intellekt texnologiyalarının təhlükəsiz və şəffaf inkişafını təmin etmək məqsədi daşıyır.

 

süni intellekt Avropa

Mənbə: lent.az

Xəbər lenti