Bakıda təşkil olunan U-17 dünya çempionatında gümüş medal qazanan azərbaycanlı sərbəst güləşçi İbrahim Həsənov (51 kq) qızıl medal qazanmamasını müəyyən səhvlərlə əlaqələndirib.
"Report" xəbər verir ki, sərbəst güləşçi bunu jurnalistlərə açıqlamasında deyib.
O, yarışın nəticəsini şərh edib:
"Medalsız qalmadım, amma ora qızıl medal qazanmaq üçün getmişdim. Orada çox səhvliklər oldu. Buna görə də məğlub oldum. Təəssüf ki, digər sərbəst güləşçilərimiz mükafat qazana bilmədilər. İstəyirdim ki, qazanacağım qızıl medalla onların hər birinin başını uca edim. Təəssüf ki, istəyimi həyata keçirə bilmədim. İnanıram ki, növbəti yarışlarda nəticələrimiz daha yaxşı olacaq".
Qeyd edək ki, İbrahim Həsənov finalda iranlı Benyamin Mayvana məğlub olub.
Mənbə: report.az