IMG-LOGO

"Qarabağ"ın futbolçusu Zakariya Savo 8 həftə yaşıl meydanlardan kənarda qalacaq

02 Aug 2026 20:30 3 baxış
IMG

"Qarabağ"ın futbolçusu Zakariya Savonun zədəsinin durumu müəyyənləşib.

Klubdan "Report"a verilən məlumata görə, UEFA Avropa Liqasının II təsnifat mərhələsində Bolqarıstanın ÇSKA (Sofiya) komandasına qarşı səfərdə keçirilən cavab oyununda zədələnən isveçli hücumçunun müayinəsi zamanı sağ bud əzələsinin qismən yırtıldığı aşkarlanıb.

Bildirilib ki, Savonun təxminən 8 həftədən sonra yaşıl meydanlara qayıtması gözlənilir.

Mənbə: report.az

Xəbər lenti