IMG-LOGO

"Axios": Tramp konqresə keçiriləcək aralıq seçkilərinə o qədər də əhəmiyyət vermir

02 Aug 2026 22:58 4 baxış
IMG

ABŞ Prezidenti Donald Tramp konqresə qarşıdan gələn aralıq seçkilərinin nəticələrini özü üçün kritik dərəcədə vacib hesab etmir.

"Report" "Axios"a istinadən xəbər verir ki, Amerika liderinin ən yaxın məsləhətçilərinin sözlərinə görə, Tramp respublikaçıların qələbə qazanmasına üstünlük verərdi, lakin onların Nümayəndələr Palatası və senat üzərində nəzarəti itirə biləcəyindən o qədər də narahat deyil.

Portalın məlumatına görə, Tramp seçkilərin nəticələrindən asılı olmayaraq, Respublikaçılar Partiyasının dəstəyini qoruyub saxlayacağına əmindir. Bundan əlavə, Tramp ehtiyac yaranarsa, onların əfv olunması barədə fərmanlar imzalayaraq öz tərəfdarlarını demokratların mümkün hərəkətlərindən qorumaq niyyətindədir.

"Axios" həmçinin iddia edib ki, Trampın 2028-ci il prezident seçkilərində mümkün iştirakı ilə bağlı bəyanatları daha çox xarici effektə hesablanıb. Əslində, o, respublikaçılardan namizədin hazırkı vitse-prezident Cey Di Vens, onun tərəfdaşının isə dövlət katibi Marko Rubio olacağını gözləyir.

Nəşrin məlumatına görə, Respublikaçılar Partiyasından namizədliyi irəli sürülə biləcək mümkün iddiaçılar arasında Florida qubernatoru Ron Desantis, senatorlar Ted Kruz və Coş Houli də nəzərdən keçirilir. Bununla yanaşı, respublikaçıların bir hissəsi Vensin mümkün namizədliyinə qarşı çıxır.

Qeyd edək ki, ABŞ-də aralıq seçkilər noyabrın 3-də keçiriləcək. Bu seçkilərin gedişində Nümayəndələr Palatasının bütün tərkibi və senatın tərkibinin üçdə biri yenidən seçiləcək.

Mənbə: report.az

Xəbər lenti