IMG-LOGO

“Google” yeni AI funksiyasını cəmi bir gün sonra ləğv etdi

03 Aug 2026 03:04 4 baxış
IMG
0 0

“Google” təqdim etdiyi yeni süni intellekt funksiyasını istifadəyə verildikdən cəmi bir gün sonra deaktiv edib.

Lent.az xəbər verir ki, yeni alət istifadəçilərə “Google Earth” üzərində seçilən ərazilər üçün süni intellekt vasitəsilə fotorealistik görüntülər yaratmağa imkan verirdi.

Lakin qısa müddətdə bəzi istifadəçilər funksiyadan saxta peyk görüntüləri hazırlamaq, mövcud olmayan obyektləri və hadisələri real kimi göstərmək üçün istifadə etməyə başlayıblar.

Mütəxəssislər bunun dezinformasiyanın yayılmasına səbəb ola biləcəyini bildirdikdən sonra “Google” funksiyanı geri çəkib.

Şirkət bildirib ki, alət təhlükəsizlik və məzmun siyasətinə uyğun şəkildə yenidən işlənəcək.

 

Google

Mənbə: lent.az

Xəbər lenti