IMG-LOGO

ARTİ sertifikatlaşdırılma ilə bağlı yayılan sınaq imtahanı elanlarına münasibət bildirib

12 Feb 2026 13:09 4 baxış
IMG

Son günlər sosial şəbəkələrdə və digər rəsmi olmayan platformalarda sertifikatlaşdırılma ilə bağlı sınaq imtahanlarının elanlarının Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) ilə heç bir əlaqəsi yoxdur.

"Report" xəbər verir ki, bu barədə ARTİ məlumat yayıb.

Bildirilib ki, həmin elanlar təhsilverənlərin sertifikatlaşdırılması prosesinə hazırlıq adı altında sınaq imtahanlarının təşkili, test tapşırıqlarının təqdim edilməsi və digər xidmətlər təklif edir.

"Yayılan məlumatlarda həmin fəaliyyətlərin ARTİ və ya bu qurumla əməkdaşlıq edən mütəxəssislər tərəfindən həyata keçirildiyi qeyd olunur. Bir daha bildiririk ki, ARTİ-nin bütün fəaliyyəti, o cümlədən əməkdaşlıq etdiyi ekspertlər və qurumlar haqqında məlumatlar yalnız qurumun rəsmi internet səhifəsi və rəsmi sosial media hesabları vasitəsilə ictimaiyyətə təqdim olunur. Rəsmi olmayan mənbələrdə yayılan məlumatların ARTİ ilə heç bir əlaqəsi yoxdur.

Vətəndaşları bu məlumatlara ciddi yanaşmamağa çağırırıq", - məlumatda qeyd olunub.

Xəbər lenti