IMG-LOGO

Danimarka Farer adalarında hərbi mövcudluğunu gücləndirəcək

02 Aug 2026 22:18 3 baxış
IMG

Danimarka və Farer adaları hərbi əməkdaşlığı gücləndirmək, eləcə də Farer adalarında və ona bitişik akvatoriyada silahlı qüvvələrin mövcudluğunu artırmaq barədə razılığa gəlib.

"Report" xəbər verir ki, bu barədə Danimarka Müdafiə Nazirliyinin məlumatında deyilir.

Bəyanata əsasən, tərəflər Farer adalarının hakimiyyət orqanları ilə əməkdaşlıq çərçivəsində silahlı qüvvələrin mövcudluğunun tədricən və dövri olaraq genişləndirilməsi barədə razılığa gəliblər.

Danimarkanın müdafiə naziri Yeppe Brus qeyd edib ki, bu addım Arktikada mövcudluğun ümumi möhkəmləndirilməsinin bir hissəsidir və NATO-nun fəaliyyətinə əlavə töhfə olacaq.

Müdafiə Nazirliyindən həmçinin bildirilib ki, hərbi fəallığın artırılması krallığın "Arctic Endurance" ("Arktika dözümlülüyü") təlimləri çərçivəsində həyata keçiriləcək və NATO-nun "Arctic Sentry" ("Arktika keşikçisi") təlimləri ilə əlaqəli olacaq.

Mənbə: report.az

Xəbər lenti