IMG-LOGO

Vuçiç Dunayda gəmiçiliyin dayanması təhlükəsi barədə xəbərdarlıq edib

03 Aug 2026 03:22 3 baxış
IMG

Serbiya Prezidenti Aleksandar Vuçiç bildirib ki, suyun səviyyəsinin kritik dərəcədə azalması səbəbindən ölkədə Dunay çayında gəmiçilik bir neçə gündən sonra dayana bilər.

"Report" xəbər verir ki, bu barədə hakim Serbiya Tərəqqi Partiyasının mətbuat xidməti məlumat yayıb.

Vuçiçin sözlərinə görə, suyun aşağı səviyyədə olması artıq Pançevo şəhərindəki NIS şirkətinin neft emalı zavodunun xammalla təminatında problemlər yaradır.

"Bir-iki gündən sonra Dunay gəmiçilik üçün yararsız olacaq. Bu gün hələ gəmiçiliyə yararlıdır, lakin gəmilər artıq su oturumunu azaltmaq məcburiyyətində qalırlar, bu isə daşınan yükün həcmini təxminən 50 % azaltmaq deməkdir", - prezident bildirib.

O həmçinin qeyd edib ki, vəziyyətlə əlaqədar böhran qərargahının iclası keçiriləcək. Hakimiyyət neft emalı zavodunun işinin dayanmasının qarşısını almaq üçün bütün zəruri tədbirləri görmək niyyətindədir.

Xatırladaq ki, daha əvvəl Serbiyanın Baş naziri Curo Matsut Dunayda suyun səviyyəsinin aşağı olması və su elektrik stansiyalarında istehsalın azalması səbəbindən ölkənin enerji sektorunda vəziyyətin mürəkkəb olaraq qaldığını bildirmişdi.

Mənbə: report.az

Xəbər lenti