IMG-LOGO

Türkiyədə baş verən yol qəzasında iki nəfər ölüb

02 Aug 2026 22:43 4 baxış
IMG

Türkiyənin şimalındakı Kastamonu vilayətində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" "Haber Global"a istinadən xəbər verir ki, magistralda hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı su borusuna çırpılıb.

Nəticədə avtomobildə olan iki nəfər ölüb, dörd nəfər isə xəsarət alıb. Həmin şəxslərin yaxın qohum olduğu bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: report.az

Xəbər lenti